...

İsrail–Fələstin arasında sülhün bərpası sionistlərin işğal olunmuş ərazilərdə inşaat işlərini dayandırmalarına bağlıdır--ekspert

Siyasət Materials 15 Yanvar 2008 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 yanvar / "Trend müxbir D.Xatınoğlu, R.Hafizoğlu/ Fələstin-İsrail münaqişəsinin həllinə ən böyük maneə, sionistlərin işğal olunmuş ərazilərdə tikdikləri şəhərciklərdir. "İsrail-Fələstin arasında sülhün bərpası üçün sionistlərin işğal olunmuş ərazilərdə inşaat işlərini dayandırmasına bağlıdır"-deyə, "Al-Şarq-əl-Arabi" İnformasiya Agentliyinin direktoru Salim Züheyri Trend ə bildirib.

BBC-nin verdiyi məlumata görə, yanvarın 14-də Fələstinin sabiq Baş naziri Əhməd Qureyi ilə İsrailin xarici işlər naziri Tsipi Livni arasında Qüdsdə görüş keçirilib.Görüşün nəticələri haqda mətbuata açıqlama verilməsə də, tərəflər danışıqları müsbət qiymətləndiriblər.

Zöheyri çərşənbə günü telefonla Londondan Trend ə bildirib ki, Fələstin və İsrail görüşlərinin vaxt itkisindən başqa bir şey deyil. "İlk baxışdan, Fələstin və İsrailin bir-birinə müəyyən güzəştlər etdiyi zənn edilsə də, İsrailin Fələstinə hər hansı güzəşti mümkün deyil. İsrail güzəştə getsəydi, işğal olunmuş ərazilərdə qeyri - qanuni tikililəlrin qarşısını alardı"- deyə Züheyri qeyd edib.

Politoloqun fikrincə, İsrailin Baş naziri Ehud Olmertin: "Fələstində radikal islamçı qüvvələrin olacağı təqdirdə, regionda sülhün olmasına inanmıram" - sözləri, İsrailin Qəzzədə keçirdiyi hərbi əməliyyatları sığortalamasıdır.

Ekspert, "Fəth" ilə danışıqlara getməsinə baxmayaraq, İsrailin "Həmas" ilə "Fəth" arasında heç bir fərq qoymadığını bildirib.

Fələstin məsələsi üzrə iranlı ekspert Əlirza Nurizadə isə, bu gün Londondan telefonla Trend ə bildirib ki, İsrail tərəfinə bəzi işğal olunmuş əraziləri geri qaytarmaq çətin olsa da, bu, hər iki tərəfin xeyrinədir və müəyyən ərazilər mütləq qaytarılacaq. "Olmert son bəyanatında, qanunsuz inşa olunmuş tikintilərin dayandırılacağını bildirib və xüsusilə ABŞ prezidenti Corc Buşun Fələstin ərazilərinə səfəri və müstəqil Fələstin hakimiyyətinin qurulması barədə verdiyi bəyanat, hər iki tərəfə yeni ümidlər verib. İsrail "Həmas"la mübarizəni hərbi yolla davam etdirə bilməz. Yeganə yol, "Fəth" təşkilatı ilə müəyyən güzəştlərə getməkdir və bu istiqamətdə yaxın gələcəkdə müəyyən addımların atılacağına inanıram. Bu addımlar hər iki tərəfin xeyrinədir"-deyə, iranlı politoloq bildirib.

Xəbər lenti

Xəbər lenti