...

Azərbaycan deputatları Misirə səfər edəcəklər

Siyasət Materials 15 Yanvar 2008 16:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 yanvar / Trend müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin deputatları İslam Konfransı Təşkilatı Parlament İttifaqının yanvarın sonunda Misirin paytaxtı Qahirədə keçiriləcək sessiyasında iştirak edəcəklər. Bu barədə çərşənbə axşamı Trend ə açıqlamasında Azərbaycanın İslam Konfransı Təşkilatı Parlament İttifaqındakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Gövhər Baxşəliyeva məlumat verib.

İslam Konfransı Təşkilatı Parlament İttifaqının sessiyası ildə bir dəfə keçirilir.

Sessiyada Fələstin, Qüds, İraq məsələləri, Afrikanın müsəlman ölkələrinin üzləşdikləri problemlər, Qərblə Şərq arasında münasibətlər, sivilizasiyaların dialoqu kimi mövzuların müzakirə olunacağı gözlənilir.

Azərbaycanın İslam Konfransı Təşkilatı Parlament İttifaqındakı nümayəndə heyətinə millət vəkilləri Gövhər Baxşəliyeva, Sabir Rüstəmxanlı, Cavanşir Paşazadə və Xanhüseyn Kazımlı daxildir.

Xəbər lenti

Xəbər lenti