...

Gürcüstanın "Birinci İctimai Yayım" telekanalının fəaliyyətini bərpası– müxalifətin qələbəsidir – müxalifət lideri Baqaturiya

Siyasət Materials 16 Yanvar 2008 17:05 (UTC +04:00)
Gürcüstanın "Birinci İctimai Yayım" telekanalının fəaliyyətini  bərpası– müxalifətin qələbəsidir – müxalifət  lideri Baqaturiya

Gürcüstan, Tbilisi, 15 yanvar, / Trend , müxbir K. Kirtsxaliya/ Bu gün Gürcüstanın İctimai Yayımının qarşısında keçən etiraz aksiyasında ölkə müxalifəti qələbəsini qeyd edib. Gürcüstanın birləşmiş müxalifətinin nümayəndəsi, "Gürcüstan qrupu"nun lideri Coni Baqaturiyanın Trend ə verdiyi məlumata görə, bu gün bayram mitinqi keçirilib. Rəhbərlik müxalifətin əsas tələblərindən birini yerinə yetirərək, "Birinci İctimai Yayım" teleşirkətini xalqa qaytarıb.

"Müxalifət yenidən öz tələblərini irəli sürəcək və xalqın satılmış əmlakının geri qaytarılması uğrunda çalışacaq", - Baqaturiya qeyd edib. "Satılmış əmlak" deyəndə Baqaturiya "hökumət tərəfindən məhkəmələrin qəsb edilməsi", "satılmış meşələr, çaylar, sahələr, aeroportlar və s." nəzərdə tutub. "Növbəti etiraz aksiyasını məhkəmə qarşısında keçirib, Ali Məhkəmənin istefasını tələb edəcəyik. Məhkəmə sistemin cəza verəni deyil, ədalətin bərpa edilməsi üçündür", - müxalifət liderlərindən biri qeyd edib.

Baqaturiya növbəti aksiyanın yerini və vaxtını bildirməyib. O qeyd edib ki, birləşmiş müxalifətin liderləri gələcəkdə görüləcək işlərin planını birgə hazırlayacaq.

"Müxalifət seçkidə qalib gəlib. Əgər bu qələbəni hökumət tanımasa, biz də, öz növbəmizdə, yeni hökuməti tanımayacağıq və ümumi itaətsizlik elan edəcəyik. Biz mütləq prezident seçkisinin ikinci turunun keçirilməsinə nail olacağıq", - Baqaturiya bildirib.

Yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə gəldikdə, o bildirib ki, bu, yolverilməzdir və mütləq seçkinin ikinci turu keçirilməlidir. Bu, xalqın tələbidir", - Baqaturiya belə desə də, müxalifətin mərasimin qarşısını necə alacağını deməyib.

Xəbər lenti

Xəbər lenti