...

MSK sədri bəzi vətəndaşları seçici siyahılarında problem yaratmaqda günahlandırır

Siyasət Materials 16 Yanvar 2008 17:17 (UTC +04:00)
MSK sədri bəzi vətəndaşları seçici siyahılarında problem  yaratmaqda günahlandırır

Azərbaycan, Bakı 16 yanvar / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov hesab edir ki, bəzi vətəndaşlar bilərkdən seçici siyahlarına adlarının daxil olmasını istəmir, bununla da siyahılarda problem yaratmağa çalışırlar. Trend in məlumatına görə, Pənahov bu fikirləri MSK-nın çərşənbə günü keçirilən iclasında səsləndirib.

Pənahov bildirib ki, Azərbaycanın seçici siyahıları beynəlxalq sittandartlara cavab verir və orada olan texniki problemlər heç bir faiz də təşkil etmir. Halbuki, dünyada seçici siyahılarında 2-3 %- dək problem normal hal kimi qəbul edilir. "Ötən seçkidə çox az sayda vətəndaş oldu ki, seçici siyahılarında problem olmasına çalışdı. Mən narahatam ki, bu hal arta bilər", - deyə, Pənahov bildirib. MSK sədri əlavə edib ki, hazırda məntəqə seçki komissiyaları tərəfindən seçici siyahılarının dəqiqləşdirilməsi prosesi gedir və bu iş fevralın 5-dək başa çatdırılmalıdır. Siyahılar DSK-lara təhvil verilməli və DSK-lar onu yenidən yoxlamalıdır. Sonra DSK-lar siyahıları MSK-ya təhvil verməlidir. MSK aprelin 5-dək yekun siyahıların dəqiqləşdirilməsi prosesini başa çatdırmalıdır.

Xəbər lenti

Xəbər lenti