...

Azərbaycanın Gənclər Hərəkatı 20 Yanvar faciəsinin ildönümünü qeyd edəcək

Siyasət Materials 18 Yanvar 2008 18:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 yanvar / Trend , müxbir C.Babayeva / Azərbaycanın "İrəli" Ümumrespublika Gənclər Hərəkatı 20 Yanvar faciəsinin ildönümünü qeyd edəcək. Bu barədə Hərəkatın mətbuat xidmətindən Trend ə bildirilib.

Hərəkatın fəalları Litva və Gürcüstan gəncləri ilə birlikdə faciə haqqında fərqli dillərdə İnternet vasitəsi ilə məlumat göndərəcəklər. Siyahıya bir neçə min elektron ünvan daxil edilib. Bunların arasında dövlət başçıları, konqresmenlər, nüfuzlu beynəlxalq təşkilatlar və rəsmi şəxslər var.

"Litva və Gürcüstan gənclərinin aksiyaya qoşulması 20 Yanvar faciəsi reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında müsbət rol oynayacaq", - məlumatda bildirilib.

www.youtube.com/irelitv saytında faciənin tarixini əks etdirən videomateriallar da yerləşdiriləcək.

İki ildən artıq fəaliyyət göstərən "İrəli" Ümumrespublika Gənclər Hərəkatının 5 mindən artıq üzvü var.

Xəbər lenti

Xəbər lenti