Azərbaycan, Bakı, 31 yanvar / Trend , müxbir S.Ağayeva / "Europe House" Azərbaycandakı fəaliyyətini dayandırır. Onun səlahiyyətləri fevralın 4-də Bakıda rəsmi olaraq açılacaq Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinə keçir,- cümə axşamı Avropa Komissiyasının səfiri Alan Vadams Bakıda Trend ə deyib.
Nümayəndəliyin açılışı mərasimində Aİ-nin sədri, Sloveniyanın XİN başcısı Dmitri Rupelin, Aİ "üçlüyü" və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi numayəndəsi Piter Semnebi, o cümlədən Azərbaycan hökumətinin nümayəndələrinin iştirakı gözlənilir.
Avropa Komissiyasının nümayəndəliyi ticari-iqtisadi layihələrin həyata keçirməyi planlaşdırır,- Vadams deyib.
"Europe House" Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərib.