...

Gürcüstan Dəmir Yolu İdarəsindən Ermənistandan olan yüklər üçün güzəştin ləğvi barədə şərh vermirlər

Siyasət Materials 1 Fevral 2008 12:02 (UTC +04:00)
Gürcüstan Dəmir Yolu İdarəsindən Ermənistandan olan yüklər üçün güzəştin ləğvi barədə şərh vermirlər

Gürcüstan, Tbilisi, 31 yanvar / Trend , N.Kirtsxalia / Gürcüstanın Dəmir Yolu İdarəsindən martın 1-dən etibarən Ermənistan üçün tranzit daşımalar üzrə güzəştli tariflərin ləğvi barədə mətbuatda yayılan məlumatı nə təsdiq, nə də təkzib edirlər.

"Bu kimi qərar qəbul olunarsa "Gürcüstan dəmir yolu" MMC qoyulmuş qaydalar üzrə Ermənistana tranzit daşımalar üçün təriflər üzrə qərarı barədə xəbər verəcək" - deyə Trend ə Gürcüstanın Dəmir Yolu İdarəsindən bildiriblər.

Ermənistan KİV-nin verdiyi məlumata görə, yanvarın 26-da "Gürcüstan dəmir yolu" şirkətinin baş direktoru İrakli Ezqubaya müşavirə keçirib. Müşavirə zamanı MDB iştirakçı dövlətlərinin dəmir yolu administrasiyalarının Tarif müqaviləsi çərçivəsində fəaliyyət göstərən Ermənistan yüklərinin tranziti üçün güzəştlərin martın 1-dən ləğv olunacağı barədə Ermənistan tərəfi məlumatlandırılıb. Xüsusilə, maye yüklərinin keçirilməsi üçün 17 faiz, quru yüklərin tranziti üçün 22 faiz güzəşt aradan qaldırılacaq. "Bunu kifayət qələr sadə izah ediblər: güzəştlər "Ermənistan dəmir yolu"nun konsessioneri olan "Rusiya dəmir yoluna" deyil, Ermənistan şirkətlərinə təqdim olunurdu".

Ermənistanı xarici aləmlə bağlayan yeganə dəmir yolu magistralı Gürcüstan ərazisindən keçir. Gürcüstan tərəfi Ermənistana tranzit üçün 17-20 faiz hcmində güzəşt təqdim edir, eyni zamanda, Azərbaycan yüklərinə münasibətdə isə 50 faizli güzəşt qüvvədədir.

"Rusiya dəmir yolu" (RDY) şirkəti "Ermənistan dəmir yolu"nun konsessiya idarəsinə keçilməsi üzrə tenderdə qalib gəlib. RDY "Ermənistan dəmir yolu"nun inkişafına 570 mln. dollardan 2,15 mlrd. dollara qədər kapital qoymağı təklif edir.

EDY-si konsessiya idərəsinə 30 il müddətinə, sazişin 20-ci ilində isə daha 20 il prolonqasiya hüququ ilə verilir.

Xəbər lenti

Xəbər lenti