...

Seçici siyahıarı ilə bağlı "qaynar xətt" yaradılıb

Siyasət Materials 1 Fevral 2008 18:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 fevral / Trend , müxbir S.İlhamqızı/Azərbaycanda səsvermə hüququ olan vətəndaşların adlarından ibarət seçici siyahılarının dəqiqləşdiriməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasında "qaynar xətt" yaradılıb. Bu barədə cümə günü MSK-dan məlumat verilib.

Seçki komissiyaları yanvar ayının əvvəllərindən başlayaraq, seçicilərin daimi siyahılarının dəqiqləşdirilməsinə başlayıblar. Seçici siyahılarının dəqiqləşdirilməsi may ayının sonuna qədər davam edəcək. Vətəndaşlar adlarının seçici siyahısında olub-olmamasını dəqiqləşdirmək üçün, müvafiq məntəqə və dairə seçki komissiyalarına müraciət etməlidirlər. Bunun üçün, fevralın 2-dən etibarən, MSK-da "qaynar xətt" fəaliyyət göstərəcək.

Qaynar xəttin nömrəsi 115-dir. Seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı hər hansı bir sualı olan seçici MSK-nın "qaynar xətt"inə müraciət edə bilər.

Xəbər lenti

Xəbər lenti