Azərbaycan, Bakı, 01 fevral / Trend / Prezident İlham Əliyevin təqdimatına əsasən, Azərbaycanın Milli Məclisi Ramiz Süleymanovun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin olunması haqqında qərar verib.Qərarda deyilir ki, Süleymanovun hakimlik səlahiyyəti müddəti "Məhkəmələr və Hakimlər haqqında" Qanunla tənzimlənir və imzalandığı gündən qüvvədə hesab olunur.