Azərbaycan, Bakı, 04 fevral/ Trend / Prezident İlham Əliyev Bakı şəhərində Neft muzeyinin yaradılması haqında sərəncam imzalayıb.Sərəncamda deyilir ki,ARDNŞ müvafiq məsələ ilə bağlı təkliflərini bir ayadək təqdim etməlidir.Sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə həvalə olunub. Muzey Azərbaycanın neft salnaməsinin öyrənilməsindəvə təbliğində mühüm mənbə olacaq.Sərəncam imzalandığı gündən qüvvədədir.