...

Azərbaycanın güclü iqtisadiyyatı və hərbi potensialı Qarabağ problemini xeyrimizə həll edəcək – prezident İlham Əliyev

Siyasət Materials 5 Fevral 2008 12:42 (UTC +04:00)
Azərbaycanın güclü iqtisadiyyatı və hərbi potensialı Qarabağ problemini xeyrimizə həll edəcək – prezident İlham Əliyev

Azərbaycan, Bakı, 05 fevral / Trend , müxbir S.İlhamqızı/Azərbaycanın güclü iqtisadiyyatı, güclü ordusu və hərbi potensialı Qarabağ problemini ədalətli şəkildə - Azərbaycanın xeyrinə həll edəcək. Trend Agentliyi ANS-ə istinadən xəbər verir ki, bu fikirləri prezident İlham Əliyev çərşənbə axşamı ANS Şirkətlər Qrupu və Milli qəhrəman Çingiz Mustafayev adına Fond tərəfindən ona təqdim edilən "İlin adamı" mükafatının təqdimatı zamanı bildirib.

Dövlət başçısı bildirib ki, Azərbaycanın mövqeyi işğal altındakı torpaqları azad edilməyənə qədər Ermənistanla heç bir iş birliyi, əməkdaşlıq qurmamaqdan ibarətdir. Dövlət başçısı əlavə edib ki, Azərbaycan bütün gücünü öz torpaqlarını işğaldan azad etmək üçün səfərbər edəcək: "Ordu quruculuğu sahəsində görülən işlərin sürətlənməsi, ildən-ilə artan hərbi büdcəmiz, müdafiə sənayesinin yaradılması və artıq ilkin məhsulun buraxılması gələcək planlar üçün çox böyük məna daşıyır" - deyən prezident Əliyev əlavə edib ki, Azərbaycan Ermənistanla sülh danışıqlarını davam etdirir, çünki hələ ümidləri var.

"Biz güclü olmalıyıq, güclü iqtisadiyyat, güclü ordu, güclü hərbi potensial məsələni bizim xeyrimizə həll edəcək. Artıq biz bunun ilkin əlamətlərini görürük" - deyə Azərbaycan prezidenti bildirib.

Xəbər lenti

Xəbər lenti