...

Azərbaycan səfirliyi Çexiya XİN-dən ermənilərlə futzal üzrə oyunun təhlükəsizliyini təmin etməyi xahiş edib

Siyasət Materials 9 Fevral 2008 14:13 (UTC +04:00)
Azərbaycan səfirliyi Çexiya XİN-dən ermənilərlə futzal üzrə oyunun təhlükəsizliyini təmin etməyi xahiş edib

Azərbaycan, Bakı, 09 fevral/ Trend , müxbir İ.Qasımlı, E.Hüseynov/ Azərbaycanın Praqadakı səfirliyi Azərbaycan və erməni futzalçılarının oyununun təhlükəsizliyini təmin etmək məsələlərində kömək etmək xahişi ilə Çexiyanın Xarici İşlər Nazirliyinə müraciət edib. Səfirlik Xurdimdə, Azərbaycan və Ermənistanın yığma komandaları arasında keçiriləcək futzal üzrə dünya çempionatının oyununda təhlükəsizliyi təmin etmək üçün tədbirlər görmək xahişi ilə Çexiya XİN-ə müraciət edib. Bu barədə Trend ə səfirlikdən məlumat veriblər.

Azərbaycanın Praqadakı səfirliyinin nümayəndəsi Arif Məmmədov futzalçıların oyununa təkcə Çexiyanın özündən deyil, Avropa ölkələrindən olan diaspor nümayəndələri, tələbələr və həmvətənlərimizin azarkeşlik edəcəyini bildirib.

Erməni və Azərbaycan idmançıları arasında keçirilən demək olar ki, bütün yarışlarda, xüsusilə də futbol üzər oyunlarda xüsusi təhlükəsizlik tədbirləri görülür. Bəzi hallarda azarkeşlərin toqquşması təhlükəsindən, erməni və azərbaycanlı futbolçuların oyunları təxirə salınır və hətta ləğv edilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 90-cı illərin əvvəlində Azərbaycan torpaqlarının 20%-i işğal edilib. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti