...

Azərbaycan hərbçiləri NATO-nun tədbirlərinə qatılıb

Siyasət Materials 11 Fevral 2008 10:19 (UTC +04:00)

Azərbaycan, Bakı,11 fevral / Trend , müxbir E.Hüseynli/ NATO ilə Azərbaycan arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində fevralın 11-dən bir neçə ölkədə seminar və konfranslar işinə başlayıb. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend ə bildiriblər ki, Azərbaycan Milli Ordusunun hərbçiləri fevralın 11-də Ankara şəhərində (Türkiyə) başlanılan "Silahlara nəzarət" üzrə tanışlıq kursuna qatılıblar. 5 gün davam edəcək kursda Azərbaycan hərbçiləri silahlara nəzarətə dair nəzəri və praktiki biliklərini artıracaqlar.

Azərbaycan hərbçiləri, həmçinin bu gündən Vyana şəhərində (Avstriya) başlanılan "Hərbi hazırlıq və təlim" üzrə konfransda iştirak edirlər. Konfrans fevralın 13-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti