...

Azərbaycan strateji qida məhsulları istehsalını maksimum təmin etməlidir – prezident

Siyasət Materials 11 Fevral 2008 14:09 (UTC +04:00)
Azərbaycan strateji qida məhsulları istehsalını maksimum təmin etməlidir – prezident

Azərbaycan, Bakı, 11 fevral / Trend , müxbir A.İsmayılova/ Azərbaycan strateji qida məhsulları istehsalını maksimum təmin etməlidir. Bu barədə bazar ertəsi Bakıda prezident İlham Əliyev bildirib.

Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının yerinə yetirilməsinin yekunu üzrə konfransda çıxış edən dövlət başçısı yerli istehsalın möhkəmləndirilməsini əsas prioritetlərdən biri kimi qiymətləndirib.

Onun sözlərinə görə, bu gün istehsal təhlükəsizliyi məsələsi getdikcə aktual olmağa başlayır. "Hələ ki, bu məsələ qlobal olaraq qiymətləndirilmir, lakin 2007-ci ildə dünyanın bütün ölkələrində ərzaq məhsullarının qiymətində artım müşahidə olundu" - deyə prezident vurğulayıb.

Xəbər lenti

Xəbər lenti