...

Hakim partiya təbliğat plakatlarını icra hakimiyyətinin müəyyənləşdirdiyi yerlərdə yerləşdirməyə çağırır

Siyasət Materials 12 Fevral 2008 15:44 (UTC +04:00)
Hakim partiya təbliğat plakatlarını icra hakimiyyətinin müəyyənləşdirdiyi yerlərdə yerləşdirməyə çağırır

Azərbaycan, Bakı 12 fevral /" müxbir İ.Əlizadə/ Azərbaycanın hakim partiyası siyasi qüvvələri seçki kampaniyası dövründə təbliğat plakatlarını icra hakimiyyəti orqanlarının müəyyənləşdirdiyi yerlərdə yerləşdirməyə çağırır. "Yeni Azərbaycan Partiyası 2008-ci ilin prezident seçkilərində öz namizədinin təbliğat plakatlarının icra hakimiyyəti tərəfindən müəyyənləşdirilən yerlərdə yerləşdirəcək. Bütün siyasi qüvvələri buna əməl etməyə çağırırıq", -deyə parlamentin çərşənbə axşamı keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib.

Seçki Məcəlləsinə görə, seçki kampaniyası dövründə təbliğat plakatları icra hakimiyyəti tərəfindən müəyyənləşdirilən yerlərdə asılmalıdır. Eyni zamanda, mülk sahibinin razılığı əsasında, təbliğat plakatları icra hakimiyyətinin siyahısında olmayan yerlərə də vurula bilər. Burada tarixi abidələr və xüsusi mühafizə olunan binalar istisna təşkil edir. 2005-ci ilin parlament seçkilərində bu məsələ ciddi problem yaratmışdı.

Muradova qeyd edib ki, Azərbaycanda seçki kampaniyası dövründə təbliğat plakatlarını hara gəldi yerləşdirirlər. Bu isə küçələrdə açınacaqlı vəziyyətin yaranmasına səbəb olur: "Təbliğat palakatlarının bir çox hallarda tarixi abidələrə yapışdırırlar. Dünyanın heç bir ölkəsində belə məsələ yoxdur".

Deputat Elmira Axundova isə, bildirib ki, təbliğat plakatlarının icra hakimiyyətinin siyahısında olmayan yerlərə vurulmasının qarşısını almaq üçün ciddi tədbirlər görülməlidir. Millət vəkili vurğulayıb ki, seçkidən bir neçə ay sonra Bakının mərkəzində yerləşən küçələrdəki banaları qanunsuz yapışdırılan plakatlardan təmizləmək olmur. Bu da şəhərin görkəminə xələl gətirir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti