Azərbaycan, Bakı,12 fevral / Trend /Prezident İlham Əliyevin sərəncamı ilə Mahir Əliyev Azərbaycanın Suriya Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.Prezidentin başqa bir sərəncamına əsasən, Mahir Əliyevə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.