Rusiya, Moskva, 13 fevral/ " müxbir R.Ağayev/ Gürcüstanın məşhur müxalifət lideri Badri Patarkatsişvilinin ölümü "kiminsə maraqlarının həyata keçirilməsi" ilə bağlı ola bilər. RF Dövlət Dumasının deputatı Vladimir Kolesnikov belə hesab edir.
Məşhur gürcü müxalifətçisi və biznesmen, Gürcüstan prezidentliyinə keçmiş namizəd Badri Patarkatsişvili fevralın 13-ü gecə Londondakı evində dünyasını dəyişib. Gürcüstan hakmiyyəti onu dövlət çevrilişi hazırlamaqda ittiham edirdi. İlkin məlumatlara görə, ölümün səbəbi ürək tutması olub.
Trend -in müxbirinin Patarkatsişvilinin qəfil ölümünə dair sualına cavab verən Dövlət Dumasının MDB ölkələri üzrə Komitəsinin sədr müavini Kolesnikov faciənin keçmiş baş prokurorun müavini kimi, onda böyük maraq doğurduğunu bildirib.
Kolesnikov xatırladıb ki, mərhum Gürcüstan hakimiyyəti və xüsusi xidmət orqanları tərəfindən onun həyatına qəsdin hazırlanmasının mümkünlüyü haqqında danışıb. Belə hallarda ekspertizanın nəticələrini gözləməyin lazım olduğu haqda adi diplomatik bəyanatlar verməkdən çəkinən RF baş prokurorunun keçmiş müavini Kolesnikov bildirib ki, "bu ölüm təsadüfi ola bilməz".
Londondan xəbər bu gün RF Dövlət Dumasında ən çox müzakirə edilən mövzu olub. Plenar iclası işıqlandıran jurnalistlər onların mövzuları ilə, demək olar ki, maraqlanmayıblar və çıxışda, əsasən, Patarkatsişvilinin ölümü haqqında suallar veriblər.