...

Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, - prezident

Siyasət Materials 18 Fevral 2008 18:36 (UTC +04:00)
Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, - prezident

Macarıstan, Budapeşt, 18 fevral / " müxbir Y.Hüseynov / Macarıstan Dağlıq Qarabağın nizamlanması məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, - bazar ertəsi Macarıstan prezidenti Laslo Şoyon mətbuat konfransında bəyan edib.

Macarıstanda dövlət səfərində olan Azərbaycan prezidenti İlham Əliyevlə danışıqların yekunu üzrə mətbuat konfransında Şoyon deyib ki, Cənubi Qafqaz ölkələri arasında Azərbaycan Macarıstan üçün əsas strateji tərəfdaşdır.

Şoyonun sözlərinə görə, iki ölkə arasında əlaqələr dinamik inkişaf edir, həmçinin, Avropa İttifaqı çərçivəsində əməkdaşlıq aparılır. Əməkdaşlığın əsas istiqamətləri - iqtisadiyyat, energetika sektoru, təhsil, elm və tələbələrin mübadiləsi üzrə proqramdır.

Xəbər lenti

Xəbər lenti