...

Azərbaycan və Macarıstanın iqtisadi əməkdaşlıq üçün böyük imkanları var - İlham Əliyev (əlavə edilib)

Siyasət Materials 19 Fevral 2008 14:21 (UTC +04:00)
Azərbaycan və Macarıstanın iqtisadi əməkdaşlıq üçün böyük imkanları var - İlham Əliyev (əlavə edilib)

Macarıstan, Budapeşt, 19 fevral / " , müxbir Y.Hüseynov/ Azərbaycan və Macarıstanın mövqeləri siyasi nöqteyi-nəzərdən yaxındır və iqtisadi əməkdaşlıq üçün böyük imkanlar mövcuddur. Bu barədə çərşənbə axşamı Azərbaycan prezidenti İlham Əliyev Budapeştdə Azərbaycan-Macarıstan biznes-forumunda bildirib.

Prezident Əliyev Azərbaycan-Macarıstan iqtisadi əməkdaşlığının gözəl perspektivləri olduğunu bildirib və əlavə edib ki, energetika sahəsində başlanan əməkdaşlıq ümidvericidir. Əliyev bildirib ki, Azərbaycanın əsas təbii sərvətləri regionda sülh və stabilliyin təmin edilməsinə yönəldilib.

Dövlət başçısı cari ildə dövlətin infrastruktur layihələrinə 3,5 mlrd. dollar yönəldəcəyini vurğulayıb və Macarıstan şirkətlərini bu layihələrdə iştirak etməyə çağırıb. O bildirib ki, Azərbaycan investisiya baxımından cəlbedici ölkədir və adambaşına düşən investisiyalara görə regionda birinci yeri tutur. Əliyev Dünya Bankının yaxın 15 ildə Azərbaycanın gəlirlərinin 200 mlrd. dollar təşkil edəcəyinə dair proqnozlarını misal gətirib.

Macarıstan prezidenti Laslo Şoyom bildirib ki, onun ölkəsi Azərbaycanla iqtisadi əməkdaşlığın inkişafında maraqlıdır. "Azərbaycanın enerji sektorunda böyük imkanları var və biz iqtisadi əməkdaşlıqda maraqlıyıq" - Şoyom əlavə edib.

Azərbaycan-Macarıstan biznes forumunda 106 şirkət və sahibkar iştirak edib ki, onlardan 20-si Bakıdan olub. Forumun yekunu üzrə Azərbaycanın "NJT-2000" və Macarıstanın "Borsadchem" şirkətləri arasında müqavilə imzalanıb.

Xəbər lenti

Xəbər lenti