...

"Hizbullah" Livanı siyasi böhrana sürükləyir- eks-prezident Cümeyyil

Siyasət Materials 19 Fevral 2008 17:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir R.Hafizoğlu/ Livanda fəaliyyət göstərən "Hizbullah" təşkilatı Livanın maraqlarına zidd siyasəti ilə ölkəni çıxılmaz siyasi böhrana sürükləyir. ""Hizbullah" Livanı böyük müharibələrə sürükləyərək, Livan xalqını çətin vəziyyətə saldı" - deyə, Livanın eks-prezidenti Əmin Cümeyyil Trend ə bildirib.

Livanda 2007-ci ilin sentyabrında keçirilməsi nəzərdə tutulan prezident seçkisi ölkədəki siyasi böhran nəticəsində,indiyədək 14 dəfə təxirə salınıb. Livan parlamentinin prezident seçkisi üçün 2008-ci il fevralın 26 - da toplanacağı gözlənilir.

KİV-in verdiyi məlumata görə, Livandakı druzların lideri Vəlid Canbolat və mərhum Baş nazir Rəfiq əl-Həririnin oğlu Sadəddin əl-Həriri ölkədəki siyasi böhranda "Hizbullah" təşkilatını ittiham ediblər. Verilən məlumatda Canbolatın "Hizbullah" təşkilatı ilə döyüşə tam hazır olduğu bildirirb.

Eks prezidentin fikrincə Livandə Milli hökümətin qurulmasına "hizbullah" təşkilatı süni şəkildə əngəl törədir. "Hizbullah" Livan xalqının Milli maraqlarını , Suriya və İranın strateji maraqlarına qurban edərək bu dövlətlərin diktəsi ilə hərəkət edir"- deyə, Cumeyyil çərşənbə günü Livandan elektroq poçt vasitəsilə bildirirb.

Cumeyyil hesab edir ki, Livan höküməti olduqca böhranlı bir vəziyyətdədir və ölkənın böyük əksəriyyəti milli barışığa mane olan, daxili çəkişmələrə rəvac verən müxtəlif qrup və siyasi dairələrin təsiri altındadır. "Livanın milli mənafeyini hər şeydən üstün tutan siyasi qüvvələr, o cümlədən mən də, ölkədə milli zəmində hər hansı bir qarşıdurmanın olmaması üçün əlimizdən gələni edirik.Təəssüf hissi ilə qeyd edirəm ki, əməyimizin nəticəsinə heç bir zəmanət verə bilmərəm"-deyə, eks prezident vurğulayıb.

O hesab edir ki, Livanda prezident seçkisinin baş tutmaması, ölkəni daha dərin böhrana sürükləyəcək və bu, əsasən, dövlət və rəsmi dairələrdə öz əksini tapacaq.

2006-cı il noryabrın 21-də sui-qəsd nəticəsində qətlə yetirilən Livanın sənaye naziri Pyer Cumeyyilin atası Əmin Cumeyyil1982-1988-ci illərdə Livanın prezidenti olub. Hal- hazırda Əmin Cumeyyil Livandakı xristian maronilərin partiyası olan "Əl-Kətaib" partiyasının lideridir.

Məqalə müəllifi ilə rufiz ünvanı ilə əlaqə saxlamaq olar.

Xəbər lenti

Xəbər lenti