...

Budapeştdə Azərbaycan-Macarıstan iqtisadi əməkdaşlığı imkanları müzakirə edilib

Siyasət Materials 19 Fevral 2008 17:32 (UTC +04:00)

Macarıstan, Budapeşt, 19 fevral/ " müxbir Y.Hüseynov/ Azərbaycan prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Ferents Dürçan çərşənbə günü Budapeştdə dövlətlərarası əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Baş nazir bildirib ki, Əliyevin Macarıstana səfəri müxtəlif sahələrdə, o cümlədən, iqtisadi sahədə ikitərəfli əməkdaşlığın inkişafı yolunda mühüm mərhələ olacaq. Dürçan Macarıstanın Azərbaycanla enerji sahəsində əməkdaşlığın inkişafında xüsusilə maraqlı olduğunu vurğulayıb. Bununla əlaqədar olaraq, tərəflər iki ölkənin biznes-dairələri arasında tərəfdaşlığın inkişafının vacibliyini və çərşənbə axşamı Budapeştdə keçirilən biznes-forumun nəticələrini qeyd ediblər.

Azərbaycan prezidenti ölkənin Macarıstanla iqtisadi tərəfdaşlığın gücləndirilməsində maraqlı olduğunu bildirib. İlham Əliyev macarıstanlı sahibkarları Azərbaycanın dövlət büdcəsindən maliyyələşdirilən infrastruktur layihələrində fəal iştirak etməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti