Fevralın 19-da Azərbaycan prezidenti İlham Əliyevin Macarıstana dövlət səfəri başa çatıb. Azərbaycanın və Macarıstanın dövlət bayraqlarının asıldığı Budapeştin "Farihegi- 2" beynəlxalq hava limanında İlham Əliyevi Macarıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri, digər rəsmi şəxslər böyük ehtiramla yola salıblar.
Dövlət başçısı həmin gün gecə Bakıya qayıdıb.