...

Qüdsün statusuna dair Fələstin - İsrail görüşləri nəticə verməyə bilər - ekspertlər

Siyasət Materials 21 Fevral 2008 16:21 (UTC +04:00)

Azərbaycan, Bakı,21 fevral / Trend , müxbir R.Hafizoğlu, R. Abdullayev/ Fələstin administrasiyası və İsrail rəhbərliyinin Qüdsün gələcək statusunun müəyyənləşridməsinə dair görüşləri nəticəsiz, tərəflərsə, öz movqelərində qala bilər.

"Əl-Cəzirə" telekanalının fevralın 20-də verdiyi məlumata görə, Fələstin adminstrasiyasının prezidenti Mahmud Abbas və İsrailin Baş naziri Ehud Olmert Qüdsün gələcək statusu və sülh danışıqlarının davam etidrirlməsi üçün növbəti dəfə görüşüblər. Danışıqların nəticəsi barədə açıqlama verilmir.

"Qüds İsrailin vahid və bölünməz paytaxtıdır" - deyə, cümə axşamı İsrail XİN-in rəsmi nümayəndəsi Eddi Şapira Trend -ə bildirib. İsrail rəsmisinin fikrincə,3000 il əvvəl, çar Davud Qüdsü İsrailin paytaxtı elan edərkən, bu gün İsarilin mövcudluğunu tanımayan və bununla razılaşmayan dövlət və xalqlar heç yer üzündə olmayıblar.

"Bizim Qüdslə minillik əlaqəmiz bu gün də davam edir və daim davam edəcək"- deyə Şapira bildirib. Diplomatın sözlərinə görə, Qüds yəhudi xalqının əsası, mahiyyətidir, çox nəsillər üçün Qüds ziyarətgah, dayaq, keçmişlə işıqlı gələcəyi birləşdirən zəncir olub və olacaq.

Qəzzə İslam universitetin dekanı, politoloq İsam Məhəmməd isə hesab edir ki. Qüds tək yəhudiliyin deyil, bütün səmavi dinlərin beşiyidir. Məhəmmədin fikrincə, İsrail fələstinliləri dini ekstremizmdə ittiham etsə də, özü ən böyük dini ekstremistdir. "İsrail bu günədək "vəd olunmuş torpaqlar" düşüncəsi ilə hərəkət edir. Fələstin əraziləri tək yəhudilərin deyil, tarixən bu torpaqlarda yaşayan müsəlman və xristian ərəblərin torpağıdır" - deyə, o qeyd edib.

"Bu ərazilər Osmanlı xilafətinin nəzarəti altında olanda, müsəlman, xristian və yəhudilərin maraqları qorunurdu. 1949-cu ildə , İsrail hökümətinin rəsmən elan edilməsindən sonra isə, bu ərazilərdə yalnız yəhudilərin maraqları qorunur"-deyə, Məhəmməd vurğulayıb.

Fələstinli ekspert Mahmud Abbas ilə Ehud Olmert arasında Qüdsün statusu ilə bağlı görüşün nəticəsiz qalacağını istisna etmir. Onun fikrincə, Abbas bacarıqsız siyəsətsi olsa da, Qüdsün gələcək statusu məsələsində İsrailə güzəşt etməyəcək. "Abbasın Qüdsün gələcək statusu məsələsində İsrailə güzəşt etməsi onun siyasi karyerasının sonu ilə nəticələnə bilər. Ümumiyyətlə, Fələstində, siyasi görüş və düşüncəsindən asılı olmayaraq, hər hansı bir tərəfin Qüdsün statusu məsələsində İsrailə güzəştə getməsi inanılmazdır"-deyə, Məhəmməd bildirib.

Fələstindəki "İslami Cihad" təşkilatının lideri Xalid Batş Mahmud Abbası mənasız işlərlə deyil, daha faydalı işlərlə məşğul olmağa çağırır. "İsrail və Fələstin rəsmiləri sülh danışıqlarırın qeyri - səmimiliyini çox yaxşı bilirlər" - deyə, Batş cümə axşamı Fələstindən Trend -ə telefonla bildirib.

"Qardaşım Abbası , İsrailin nəticəsi və mənası olmayan saxta oyunlarına getməməyə çağırıram. Mən əminəm ki, o, Qüdsün statusu məsələsində ümimi düşmənimiz olan İsrailə güzəştə getməyəcək" - deyə, Batş vurğulayıb.

İsrailin Baş naziri Ehud Olmert və ABŞ Dövlət Katibi Kondoliza Rays çərşənbə günü Qüds üzrə danışıqları həlledici mərhələyə keçirməyə razılaşıblar. Buna baxmayaraq, Fələstin administrasiyasının prezidenti Abbas danışıqların indi keçirilməsini təkid edir. Qüdsdəki yüksək vəzifəli mənbə Olmert və Raysın həftə yarım əvvəl telefonla danışdıqlarını və Raysın Qüds üzrə danışıqların başlanğıc mərhələyə keçirilməsini diplomatik prosesin tamamilə pozulmasına gətirə biləcəyi haqqında Olmertin mövqeyini qəbul etdiyini bildirib.

Məqalə müəllifi ilə rufiz ünvanı ilə əlaqə saxlamaq olar.

Xəbər lenti

Xəbər lenti