...

Macarıstan Parlamentinin sədri Azərbaycana səfər edəcək

Siyasət Materials 22 Fevral 2008 14:33 (UTC +04:00)
Macarıstan Parlamentinin sədri Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 22 fevral / Trend , müxbir İ.Əlizadə/ Macarıstan Parlamentinin sədri Katalin Sili iyun ayında Azərbaycana səfər edəcək. "Səfərdə məqsəd Azərbaycanla Macarıstan parlamentləri arasında əlaqələrin genişləndirilməsinə dair müzakirələr aparmaqdır", cümə günü jurnalistlərə Azərbaycan-Macarıstan Parlamentlərarası İşçi qrupunun rəhbəri, deputat Xanhüseyn Kazımlı məlumat verib.

Onun sözlərinə görə, Silinin səfərindən öncə həmin İşçi qruppa daxil olan macarıstanlı deputatlar da Azərbaycana gələcəklər. Silinin səfər çərçivəsində Azərbaycan Parlamentinin sədri Oqtay Əsədovla görüşü nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti