...

Azərbaycanın iqtidaryönlü partiyası seçki proqramı hazırlayır

Siyasət Materials 25 Fevral 2008 13:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir Q.Cəbiyev/ İqtidaryönlü Ana Vətən Partiyası (AVP) iqtidarın vahid namizədi, indiki prezident İlham Əliyevin seçki təbliğatının aparılması üçün xüsusi proqram hazırlayır. Bu barədə bazar ertəsi Trend -a AVP sədri, millət vəkili Fəzail Ağamalı məlumat verib.

Azərbaycanda prezident seçkisi oktyabrda keçiriləcək. AVP mayın sonunda keçiriləcək qurultayında hakim Yeni Azərbaycan Partiyasının sədri, hazırkı dövlət başçısı İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar verəcək.

Ağamalı deyib ki, xüsusi proqramda İlham Əliyevin seçki kampaniyası üçün regionlarda təbliğat işləri aparılması nəzərdə tutulub. Proqramda, həmçinin kütləvi aksiyaların keçirilməsi də yer alıb. AVP sədri sənədin partiyanın qurultayında qəbul olunacağını və bundan sonra proqramın icrasına başlanılacağını bildirib.

Xəbər lenti

Xəbər lenti