...

Azərbaycan prezidenti Qdanska gedib

Siyasət Materials 27 Fevral 2008 16:10 (UTC +04:00)
Azərbaycan prezidenti Qdanska gedib

Azərbaycan, Bakı, 27 fevral / Trend , müxbir S.Ağayeva/ Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Polşanın liman şəhəri olan Qdanska gedib. Dövlət başçısı Azərbaycan neftinin göndəriləcəyi Qdanskın neftemalı zavodu ilə tanış olub.

Xüsusilə neft-kimya və maşınqayırma sənayesi mərkəzi olan Qdansk - Baltik dənizində iri limandır. Qdansk - yeni Odessa-Brodı-Plotsk-Qdansk marşrutu üzrə Xəzər karbohidrogeninin son çatdırılma məntəqəsidir. Polşa tərəfi İlham Əliyevi şəhərin iqtisadi potensialı və "LOTOS" şirkətinin neft emalı zavodunun istehsal gücü ilə tanış edib.

"LOTOS" şirkətinin neft emalı zavodunun istehsal gücü ildə 6 mln. tondur, yenidənqurma işlərindən sonra bu göstərici ildə 10 mln. tona qədər artacaq. Zavodda "Drujba" boru kəməri ilə nəql olunan Rusiya nefti emal olunur. 2010-cu ilə qədər Odessa-Brodı-Qdansk neft kəmərinin istifadəyə verilməsidən sonra, burada Xəzər nefti də emal olunacaq. Bu layihənin reallaşdırılması üçün ötən il, tərkibinə Azərbaycan Dövlət Neft Şirkətinin də daxil olduğu "Sarmatiya" beynəlxalq boru kəməri birliyi yaradılıb.

Bakı-Tbilisi-Odessa-Brodı-Plotsk-Qdansk neft marşrutunun texniki iqtisadi əsaslandırılmasının hazırlanması ilə məşğul olan şirkətin yaradılmasına dair siyasi qərar ötən ilin oktybr ayında Azərbaycan, Gürcüstan, Ukrayna, Polşa və Litva rəhbərlərinin Vilnusdə keçirilən Energetika sammitində qəbul olunub.

Azərbaycan prezidenti İlham Əliyev dünən iki günlük rəsmi səfərlə Polşaya yola düşüb. Prezident Lex Kaçinski ilə təkbətək görüşdə onlar iki ölkə arasında münasibətlərin gələcək inkişaf məsələləri, həmçinin Polşa və GUAM əmkdaşlığının perspektivlərini müzakirə ediblər.

Daha sonra danışıqlar iki ölkənin hökumət üzvlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib. Prezidentlər danışıqların yekunun üzrə əməkdaşlığa dair memorandum, həmçinin, iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin inkişafını nəzərdə tutan daha iki müqavilə imzalayıblar.

Xəbər lenti

Xəbər lenti