...

İKT ölkələri liderləri Dakarda dörd mövzu üzrə müzakirələr aparacaqlar

Siyasət Materials 29 Fevral 2008 14:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 fevral / " , müxbir E.Hüseynov / Martın 13-14-də Seneqal paytaxtında nəzərdə tutulmuş İslam Konfransı Təşkilatının (İKT) 11-ci sessiyasının gündəliyinə dörd əsas mövzu daxil edilib. Bu haqda Trend a İKT-nin mətbuat xidmətindən məlumat verilib.

Sammitdə İKT-nin onillik Fəaliyyət Proqramının reallaşdırılması məsələləri, təşkilat Nizamnaməsinin yeniləşdirilməsi məsələsi müzakirə olunacaq. İki sessiya təşkil olunacaq və İKT üzv-ölkələri, əsasən də Afrika ölkələri arasında iqtisadi əməkdaşlıq barədə fikir mübadiləsi aparılacaq. Bu haqda cümə günü telefon vasitəsilə Ciddədən təşkilatın mətbuat xidmətindən məlumat verilib.

Sammit çərçivəsində martın 7-8-də ilk dəfə olaraq İKT-nin qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətləri arasında həmçinin elm və texnika üzrə korfranslar təşkil olunacaq. Bundan başqa, İKT filialları və ixtisaslaşdırılmış müəssisələrinin sərgiləri təşkil olunacaq. İslam Tarixi, Mədəniyyəti və İncəsənətinin Araşdırılması Mərkəzi isə Quranın surəti, islam əlyazmaları və hüsnxətt haqqında "Al-Quds" fotoekspozisiyasını təqdim edəcək.

Hazırda İKT ölkələrinin 42 prezidenti Dakardakı sammitdə iştirakını təsdiq edib. Bu haqda təşkilatın mətbuat xidmətindən məlumat verilib.

İKT-nin əsası 1969-cu ildə Rabat şəhərində keçirilən müsəlman ölkələri və başçılarının Konfransında qoyulub. İKT-də 57 üzv ölkə və 10 müşahidəçi ölkə iştirak edir. Azərbaycan İKT-yə 1992-ci ildən daxil olub.

Xəbər lenti

Xəbər lenti