...

Azərbaycan paytaxtında 45 avara və dilənçi saxlanılıb

Siyasət Materials 1 Mart 2008 13:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 mart / Trend , müxbir E.Hüseynli/ Azərbaycan paytaxtında fevralın 29-da avaraçılıq və dilənçiliklə məşğul olan 45 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən şənbə günü Trend a bildiriblər ki, Bakının Binəqədi rayonu ərazisində saxlanılan avara və dilənçilərdən 4-ü kişi, 19-u qadın, 22-si isə, azyaşlı uşaq olub.

Saxlanılan avara və dilənçilər Bakı şəhər Baş Polis İdarəsinin İnzibati Həbs olunanların Saxlama Məntəqəsinə təhvil veriliblər.

Xəbər lenti

Xəbər lenti