...

Çexiya Cənubi Qafqaz bölgəsi ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirəcək - xarici əlaqələr komitəsinin sədri

Siyasət Materials 3 Mart 2008 16:57 (UTC +04:00)
Çexiya Cənubi Qafqaz bölgəsi ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirəcək - xarici əlaqələr komitəsinin sədri

Azərbaycan, Bakı, 03 mart/ Trend , müxbir İ.Əlizadə/ 2009-cu ilin birinci yarısından Avropa Birliyinə sədrlik edəcək Çexiya quruma rəhbərliyi dövründə Cənubi Qafqaz bölgəsində yerləşən ölkələrlə əlaqələrin inkişafına xüsusi diqqət yetirəcək. "Çünki Cənubi Qafqaz nəinki Çexiya, bütünlükdə Avropa Birliyi üçün vacib bölgə sayılır. Cənubi Qafqazla Çexiya arasında əməkdaşlıq rəsmi Praqanın xarici siyasətinin əsas istiqamətlərindən biridir" - deyə Azərbaycanda səfərdə olan Çexiya Parlamentinin Deputatlar Palatasının xarici əlaqələr komitəsinin sədri Yan Hamaçek bazar ertəsi jurnalistlərə açıqlamasında bildirib.

Hamaçek bildirib ki, Azərbaycanla Çexiya oxşar təcrübəyə malikdir. Bu isə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə yaxşı zəmin yaradır.

"Biz çalışacağıq ki, Azərbaycanla Çexiya arasında münasibətlər təkcə parlamentlər səviyyəsində deyil, bütün sahələrdə daha da möhkəmlənsin" - deyə komitə sədri əlavə edib.

Xəbər lenti

Xəbər lenti