...

Bolqarıstan prezidenti martda Azərbaycana səfər edəcək

Siyasət Materials 4 Mart 2008 05:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 mart / Trend müxbir K.Ramazanova/ Bolqarıstan prezidenti Georgi Pırvanov martın 10-11-də Azərbaycana səfər edəcək. Bu barədə jurnalistlərə Bolqarıstanın ölkəmizdəki səfiri İvan Palçev məlumat verib.

"3,5 il ərzində bu, prezidentlərin üçüncü görüşüdür", - deyə səfir vurğulayıb.

Səfər zamanı ikitərəfli münasibətlər müzakirə olunacaq.

Səfirin sözlərinə görə, Azərbaycan bütün sahələrdə uğurla inkişaf edir, xüsusən də enerji sahəsində. O, Azərbaycanı "gənc enerji şiri" kimi xarakterizə edib.

"Bolqarıstan Azərbaycanın "Nabukko" layihəsindəki iştirakından məmnundur" deyən Palçev ümidvar olduğunu vurğulayıb ki, Qazaxıstanla Türkmənistan da bu layihəyə qoşulacaqlar.

Səfir həmçinin əlavə edib ki, may ayında Milli Məclis sədri Oqtay Əsədovun Bolqarıstana səfəri gözlənilir.

Xəbər lenti

Xəbər lenti