...

Azərbaycan və Mərakeş turizm və mədəniyyət sahəsində əməkdaşlığa dair müqavilə imzalayıb

Siyasət Materials 5 Mart 2008 11:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 mart / Trend , müxbir S.Ağayeva / Azərbaycan və Mərakeş turizm və mədəniyyət sahəsində əməkdaşlığı genişləndirir. Rabat şəhərində Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Mərakeşin Mədəniyyət, həmçinin Turizm və Tətbiqi İncəsənət nazirlikləri arasında bu sahələrdə əməkdaşlığa dair müqavilə imzalanıb. Bu barədə çərşənbə günü Trend a Azərbaycanın Mərakeşdəki səfirliyindən məlumat verilib.

Sənədi Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Mərakeşin mədəniyyət naziri Turiya Jibran və bu ölkənin Turizm və Tətbiqi İncəsənət Nazirliyinin baş katibi Xind Şillişle imzalayıb.

Əməkdaşlıq çərçivəsində təcrübə mübadiləsinin aparılması, 2009-2010-cu illərdə hər iki ölkənin mədəniyyət günlərinin keçirilməsi planlaşdırılır.

Azərbaycanın mədəniyyət və turizm nazirinin Mərakeşə səfəri İSESKO-da Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi çərçivəsində baş tutub.

Xəbər lenti

Xəbər lenti