...

Martın 13-də AŞPA Bürosunun iclasında Azərbaycanla bağlı məsələlərin müzakirə ediləcəyi gözlənilir

Siyasət Materials 11 Mart 2008 21:38 (UTC +04:00)

Fransa, Strasburq, 11 mart / Trend müxbir A.Məhərrəmli/ Martın 13-də Parisdə AŞPA Bürosunun iclası keciriləcək. Iclasda Azərbaycanla bağlı məsələlərin müzakirəsi gözlənilir. Bu barədə Trend ə çərsənbə axsamı AŞ Katibliyindən məlumat verilib. Belə ki,  həmməruzəçilərin 4-8 fevral 2008-ci il tarixlərində Azərbaycana səfəri barədə şifahi hesabatı dinləniləcək. Habelə siyasi məhbus və yeni məruzəçi ilə bağlı məsələlər üzrə fikir mübadiləsi aparila bilər. Azərbaycanın AŞPA-daki nümayəndə heyətinin sədri Səməd Seyidovun sözügedən iclasda iştirakı gözlənilir.

Iclas zamanı həmçinin Serbiya, Monako, Ermənistan ve Rusiyada keçirilmiş prezident seçkilərinə dair müzakirələr olacaq və Qazaxıstan Parlamentinin nümayəndəsi ilə illik məruzə ətrafında fikir mübadiləsi aparılacaq. Bundan sonra Büro AŞPA-nın aprel sessiyasının gündəliyinin layihəsini təsdiq edəcək.

Xəbər lenti

Xəbər lenti