...

Azərbaycan hökuməti Parlamentdə hesabat verir

Siyasət Materials 14 Mart 2008 12:45 (UTC +04:00)
Azərbaycan hökuməti Parlamentdə hesabat verir

Azərbaycan, Bakı, 14 mart / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan hökuməti Parlament qarşısında sosial-iqtisadi yekunlara dair hesabatla çıxış edir.

"2007-ci ildə Azərbaycanda ümumi daxili məhsul 25%, büdcə gəlirləri isə 52% artıb" deyə Milli Məclisin cümə günü keçirilən iclasında spiker Oqtay Əsədov bildirib.

Əsədov qeyd edib ki, Azərbaycan iqtisadiyyatı ötən il surətli inkişafa nail olub və bu inkişaf Azərbaycanın dünyaya inteqrasiyasını daha da sürətləndirib.

Spiker vurğulayıb ki, Azərbaycan hökuməti və Parlamenti ötən il prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən sosial-iqtisadi siyasəti uğurla həyata keçirib.

Hazırda Azərbaycanın Baş naziri Artur Rəsizadə ötən ilin sosial-iqtisadi yekunları ilə bağlı hesabatı təqdim edir.

Xəbər lenti

Xəbər lenti