...

Jurnalistin bıçaqlanmasına görə məsuliyyət hakimiyyətin üzərinə atılmamalıdır – YAP rəsmisi

Siyasət Materials 14 Mart 2008 12:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası müxalifətyönlü "Azadlıq" qazetinin əməkdaşının bıçaqlanmasına görə məsuliyyətin hakimiyyətin üzərinə atlmasını rədd edir.

"Jurnalistin bıçaqlanması Azərbaycana qarşı növbəti təxribatdır və ölkədə söz, mətbuat azadlığı sahəsində problemlərin olması fikrini yaratmağa hesablanıb" - deyə cümə günü jurnalistlərə açıqlamasında YAP sədrinin müavini və icra katibi, deputat Əli Əhmədov bildirib.

Dünən - martın 13-də saat 20.00 radələrində "Azadlıq" qəzetinin müxbiri Aqil Xəlil naməlum şəxslər tərəfindən bıçaqlanıb. Müxbir Klinik Tibbi Mərkəzə aparılıb və yara aldığı ürək nahiyəsindən cərrahiyyə əməliyyatı olunub. Faktla bağlı cinayət işi açılıb.

YAP rəsmisinin fikrincə, jurnalistin vurulmasının arxasında məkrli planlar dayanır. O, əlavə edib ki, Azərbaycan hakimiyytəti və jurnalistlər bu məsələni birlikdə araşdırmalıdırlar: "Biz bu planların arxasında kimlərin durduğunun şahidi olacağıq" - deyə Əhmədov bildirib.

Xəbər lenti

Xəbər lenti