Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir S.Ağayeva / Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) XİN başçıları Elmar Məmmədyarov və şeyx ibn Abdulla Zaid əl Naxayan bazar ertəsi Abu-Dabidə ikitərəfli əməkdaşlığın müxtəlif aspektlərini müzakirə ediblər. Bu brədə telefonla Azərbaycanın BƏƏ-dəki səfirliyindən məlumat verilib.
Görüş Azərbaycanın xarici işlər naziri Məmmədyarovun bazar günü bu ölkəyə başlayan rəsmi səfəri çərçivəsində keçirilib.
Tərəflər müxtəlif sahələrdə tərəfdaşlığın inkişafından məmnunluqlarını ifadə ediblər. Görüş zamanı hər iki tərəfin münasibətlərin, xüsusilə iqtisadiyyat sahəsində inkişafı üçün mövcud potensialdan tam şəkildə istifadə edəcəyi qeyd olunub.
XİN rəhbərləri beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi və regional mövzuları müzakirə ediblər.
Bu gün və sabah Azərbaycan XİN rəhbərinin Əmirliklərin rəsmi şəxsləri ilə görüşləri planlaşdırılıb.