...

Azərbaycan prezidenti "İnterfaks" Beynəlxalq İnformasiya Qrupunun Direktorlar Şurasının sədrini qəbul edib

Siyasət Materials 19 Mart 2008 14:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 19mart / Trend / Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 19-da Prezident sarayında "İnterfaks" Beynəlxalq İnformasiya Qrupunun Direktorlar Şurasının sədri Mixail Komissarı qəbul edib.

Ölkəmizdə gedən inkişaf proseslərinin dünya mətbuatı tərəfindən böyük maraqla izlənildiyini bildirən qonaq rəhbərlik etdiyi agentlik üçün də Azərbaycanda əldə olunan nailiyyətlərin mühüm informasiya mənbəyi olduğunu deyib.

"İnterfaks" informasiya agentliyinin Azərbaycandakı uzunmüddətli fəaliyyətinə toxunan dövlət başçısı ölkəmizlə bağlı məlumatların dünya ictimaiyyətinə operativ şəkildə çatdırılmasında agentliyin səmərəli fəaliyyət göstərdiyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti