...

Londonda  Novruz bayramı qeyd olundu

Siyasət Materials 21 Mart 2008 20:53 (UTC +04:00)
Londonda  Novruz bayramı qeyd olundu

Böyük Britaniya, London / Trend müxbir G.Əhmədova / Azərbaycanın Londondakı səfirliyi Londonun Kensington və Çelsi inzibati ərazisinin Meriyasında Novruz bayramı münasibətilə tədbir təşkil edib.

Tədbirdə Londonda akkreditə olunmuş səfirliklərin və Britaniya Parlamentinin nümayəndələri, Britaniyada yaşayan Azərbaycan icmasının üzvləri, habelə bu ölkənin müxtəlif universitetlərində təhsil alan azərbaycanlı tələbələr və London ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbirdə səfir F. Qurbanov bayram münasibətilə iştirakçıları təbrik edib. Novruz bayramının əsrlərdən bəri Azərbaycanda qeyd olunduğundan danışan səfir onun xalqımızın ən əziz bayramlarından olduğunu vurğulayıb və bu bayramın qeyd olunması tarixinin qədim zamanlara gedib çıxdığını söyləyib. Novruz bayramı ilə bağlı olan adət-ənənələrin azərbaycanlılar üçün doğma olduğunu və dünyanın hansı guşəsində olmasından asılı olmayaraq hər bir azərbaycanlı tərəfindən Novruz bayramının qeyd olunmasını milli adət və ənənələrimizin qorunub saxlanılması baxımından vacib olduğunu qeyd edib. Həmçinin tədbirdə Novruz xonçası nümayiş etdirilib və qonaqlar üçün bayram süfrəsi açılıb.

Mərasimdə Kensington və Çelsi inzibati ərazisinin meri Endryu Dalton çıxış edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi.

Sonra Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə mərasimdə bir qrup azərbaycanlı sənətçilərin ifasında milli musiqi səsləndirilib və milli rəqslər nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti