...

Azərbaycanın Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Siyasət Materials 27 Mart 2008 10:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 mart / Trend / Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 26-da saat 19.00-dan 22.40-dək fasilələrlə Füzuli rayonunun Qorqan və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən; saat 23.00-dan martın 27-si saat 01.35-dək fasilələrlə Ağdam rayonunun Tağıbəyli, Mərzili və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən; saat 23.30-dan 00.00-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən; saat 23.30-dan martın 27-si saat 05.50-dək ara-sıra Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti