...

Moskva ATƏT MQ-nin hazırki formatını effektli hesab edir – XİN-in rəsmi nümayəndəsi

Siyasət Materials 28 Mart 2008 15:24 (UTC +04:00)
Moskva ATƏT MQ-nin hazırki formatını effektli hesab edir – XİN-in rəsmi nümayəndəsi

Rusiya, Moskva, 28 mart/ Trend müxbir R.Ağayev/ Rusiya XİN hesab edir ki, erməni-Azərbaycan münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun hazırki formatı özünü doğruldur və onun dəyişdirilməsinə ehtiyac yoxdur. "ATƏT MQ-nin hazırki formatı və onun həmsədrləri tamamilə özlərini doğruldurlar", - cümə günü Rusiya XİN-in rəsmi nümayəndəsi Mixail Kaminin Trend -a bildirib.

Azərbaycan erməni-Azərbaycan Dağlıq Qarbağ münaqişəsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təyin edilməsi və geri çağırılması prosedurunun öyrənilməsi məqsədilə ATƏT-in Vyanadakı katibliyinə müraciət edib. Yerli KİV-in qeyd etdiyi kimi, buna səbəb Rusiya, Fransa və ABŞ-ın simasında ATƏT həmsədrlərinin martın 14-də BMT Baş Assambleyasında qəbul edilən "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət haqqında" qətnamənin əleyhinə səs verməsi ilə əlaqədar Azərbaycan hakimiyyətinin narazılığı olub.

"Minsk Qrupunun formatı bu çərçivələrdə konstruktiv şəkildə işləməyə imkan verir və son hadisələr də bu formatın mövcud problemin həlli üçün konkret, effektli nəticələr verə biləcəyini göstərir", - Kamınin bildirib və hansı "son hadisələrin" Minsk Qrupunun hazırki formatının effektliliyini göstəridiyini aydınlaşdırmayıb.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

BMT-ə üzv 39 ölkə tərəfindən dəstklənən qətnamədə beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri daxilində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək və dəstəkləməyə çağırış öz əksini tapıb.

ATƏT-in Minsk Qrupunun həmsədrləri hesab edirlər ki, Bakının təşəbbüsü ilə qəbul edilən BMT qətnaməsi erməni-Azərbaycan münaqişəsinin nizamalanması üzrə aparılan dinc danışıqlar üçün təhlükə törədir.

ABŞ-ın Ermənistandakı işlərində müvəqqəti müvəkkili Cozef Peninqon bu gün bildirib ki, Vaşinqton ATƏT-in Minsk Qrupu çərçivəsində Qarabağ nizamlanması üzrə dinc prosesin davam etdirilməsinin lehinə çıxış edir. Bu barədə Mediamaks məlumat verib. "Biz hesab edirik ki, ATƏT-in Minsk Qrupu formatı bizi dinc nizamlamaya gətirəcək formatdır", - diplomat vurğulayıb.

Xəbər lenti

Xəbər lenti