...

Rusiyada axtarışda olan azərbaycanlı tutulub

Siyasət Materials 29 Mart 2008 12:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart / Trend ", müxbir E.Hüseynli/ Rusiya Federasiyasında axtarışda olan azərbaycanlı martın 28-də paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşən Gəncə şəhərində tutulub. Bu barədə şənbə günü Trend a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Mətbuat xidmətinin məlumatında bildirilir ki, Gəncə şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Smolensk şəhər Daxili İşlər İdarəsi tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin qəsdən adam öldürmə və quldurluq (105 və 162-ci) maddələri ilə axtarışda olan Nigar İbişova tutulub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti