...

"Qafqaz" və "Alaqapı" restoranlarında əxlaqsız yuvaları aşkarlanıb

Siyasət Materials 31 Mart 2008 14:24 (UTC +04:00)

Azərbaycan, Xaçmaz, 31 mart / Trend ", müxbir V.Məmmədov/ Samux rayonunda fəaliyyət göstərən "Qafqaz" və "Alaqapı" restoranlarında əxlaqsız yuvaları aşkarlanıb.

Bu barədə bazar ertəsi Trend a Samux rayon Polis İdarəsinin rəis müavini Bahadur Şükürov məlumat verib.

Şükürovun sözlərinə görə, restoranda saxlanılan qadınlar rayon polis idarəsinə gətirilərək barələrində inzibati qərar çıxarılıb.

Şükürov əlavə edib ki, faktlarla bağlı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin əxlaqsız yuvaları saxlama (244.1-ci) maddəsi ilə cinayət işi açılıb və "Qafqaz" restoranının sahibi 1959-cu il təvəllüdlü Aytəkin Knyaz oğlu Ələsgərov və "Alaqapı" restoranın sahibi 36 yaşlı Eldəniz Hümbət oğlu Məmmədov saxlanılıb.

Samux paytaxt Bakıdan 380 kilometr qərbdə yerləşir

Xəbər lenti

Xəbər lenti