...

MSK nümayəndəsi Monteneqroda prezident seçkisini müşahidə edəcək

Siyasət Materials 2 Aprel 2008 11:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Mərkəzi Seçki Komissiyası Katibliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov aprelin 6-da Monteneqroda keçiriləcək prezident seçkilərini ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının tərkibində müşhaidə edəcək. Bu barədə MSK-dan məlumat verilib.

Qasımov artıq bu ölkəyə yola düşüb və aprelin 9-na qədər orada olacaq.

Azərbaycan Respublikası 2000-ci ildən etibarən ATƏT-in Seçki Müşahidə Missiyalarının tərkibində müxtəlif ölkələrdə keçirilən seçiklərin müşahidəsində iştirak edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti