...

Bakıda Azərbaycan və Türkmənistan hərbi əməkdaşlığı muzakirə olunacaq

Siyasət Materials 5 Aprel 2008 12:52 (UTC +04:00)
Bakıda Azərbaycan və Türkmənistan hərbi əməkdaşlığı muzakirə olunacaq

Azərbaycan, Bakı, 05 aprel / Trend , müxbir E.Hüseynli/ Türkmənistanın müdafiə naziri, ordu generalı Ağagəldi Mamedgəldinin aprelin 7-də Azərbaycana səfəri başlayır. Bu barədə şənbə günü Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend a məlumat verilib.

Türkmənistanın müdafiə naziri Azərbaycana ilk dəfə səfər edəcək. Hər iki ölkənin müstəqilliyi dövründə onlar arasında hərbi əməkdaşlıq olmayıb.

Məlumatda bildirilib ki, Türkmənistan müdafiə nazirinin səfərin ilk günündə azərbaycanlı həmkarı general-polkovnik Səfər Əbiyevlə ikitərəfli görüşü zamanı Xəzərin statusu və regional məsələlər müzakirə olunacaq.

Azərbaycan Müdafiə Nazirliyinin 50-dən çox ölkə ilə hərbi əməkdaşlığı mövcuddur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti