...

Prezident seçkisində seçicilərin əksəriyyəti qadınlar olacaq

Siyasət Materials 7 Aprel 2008 13:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 aprel / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanın Mərkəzi Seçki Komissiyasının bu il üçün ilkin məlumatlarına əsasən, seçicilərin sayı 4 mln. 834 min 584 nəfərdir. Trend in məlumatına görə, bu barədə MSK sədri Məzahir Pənahov bazar ertəsi keçirdiyi mətbuat konfransında açıqlama verib.

Onun sözlərinə görə, seçici siyahılarının dəqiqləşdirilməsi prosesinə yanvardan başlanılıb, fevralın 5-də məntəqə seçki komissiyaları, martın 5-də dairə seçki komisiyaları bu işi başa çatdırıb. Seçici siyahılarının MSK-ya təqdim olunması prosesi isə aprelin 5-də yekunlaşıb.

MSK sədrinin sözlərinə görə, Azərbaycan seçicilərinin 52%-i qadın, 48%-i kişilərdir.

18 yaşı bu il tamam olan vətandaşların sayı 55 min nəfər (1,15 %), 36 yaşına gədər 1 mln. 864 min 125 nəfər, 36-55 yaşlarında olan seçicilərin sayı 2 mln. 20 min 925 nəfər, 55 yaşdan yuxarı olanlarların sayı isə 894 min 56 nəfərdir.

Pənahovun sözlərinə görə, seçici siyahılarının dəqiqləşdirilməsi davam etdirilir və mayın sonunda yekunlaşacaq.

Onun sözlərinə görə, builki prezident seçkisi 2003-cü ildə olduğu kimi, yenə də oktyabrın 15-nə təsədüf edir. Çünki qanunla Azərbaycanda prezident seçkisi hər 5 ildən bir oktyabr ayının 2-ci həftəsinin 3-cü günü (çərşənbə günü) keçirilir.

Xəbər lenti

Xəbər lenti