...

Yeddi illik fasilədən sonra Türkmənistan səfirliyi Azərbaycandakı fəaliyyətini sabahdan bərpa edəcək

Siyasət Materials 8 Aprel 2008 12:47 (UTC +04:00)
Yeddi illik fasilədən sonra Türkmənistan səfirliyi Azərbaycandakı fəaliyyətini sabahdan bərpa edəcək

Azərbaycan, Bakı, 08 aprel / Trend , müxbir S.Ağayeva/ Yeddi illik fasilədən sonra Türkmənistanın Azərbaycandakı səfirliyi çərşənbə günündən fəaliyyətini bərpa edəcək. Türkmənistanın yeni səfiri Bakıya gəlib və çərşənbə günü təyinatına dair etimadnaməsinin surətini Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova təqdim edəcək. Bu barədə çərşənbə axşamı Azərbaycan XİN-dən məlumat verilib.

Annamamed Mamedov Türkmənistan prezidenti Qurbanqulu Berdımuhamedovun sərəncamı ilə mart ayında bu ölkənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri təyin edilib.

Mamedov Azərbaycana səfir təyin edilənədək Türkmənistanın İstanbuldakı (Türkiyə) Baş Konsulluğunda fəaliyyət göstərib.

Yeddi il öncə Türkmənistanın Azərbaycandkı səfiri Xəzərdə mübahisəli "Kəpəz" yatağı üzrə fikir ayrılığı səbəbindən geri çağırılıb.

Son zamanlar, Türkmənistanda prezident dəyişikliyindən sonra, türkmən qazına görə yaranan borc məsələsi ilə bağlı bu ölkə Azərbaycan ilə razılığa gəlib, Xəzərdə sərhədlərin delimitasiyası üzrə danışıqları fəallaşdırıb.

Aşqabad həmçinin Qərb tərəfindən irəli sürülən və türkmən qazının Azərbaycan və Türkiyədən keçməklə Avropaya tədarükü ilə bağlı Transxəzər qaz kəmərinin tikintisi üzrə layihəyə dair müzakirələrə qayıtmağa hazırdır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan

Xəbər lenti

Xəbər lenti