...

İsrail-Fələstin danışıqları birmənalı qarşılanmır-ekspertlər

Siyasət Materials 8 Aprel 2008 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 aprel / Trend , müxbir R.Hafizoğlu, R.Abdullayev / İsrail Mahmud Abbas və Ehud Olmert arasında Qüdsdə keçirilən məsləhətləşmələrə sülh danışıqlarının davamı, fələstinlilərsə, yeni təcavüzün başlanması kimi baxır. "Olmert ilə Mahmud Abbas arasında hazırkı görüş daimi xarakter daşıyır və dialoq üzrə irəliləyişin yaranmasına imkan yaratmalıdır"-deyə, İsrail XİN-nin rəsmi nümayəndəsi Eddi Şapira Trend a bildirib.

Abbasla Olmert aprelin 7-də Qüdsdə İudey və Səmarra məntəqələrində vəziiyət müzakirə edərək, tərəfələrin 2008-ci ilin sonunadək sülh danışıqlarının imzalanmasında israrlı olduqlarını bildiriblər. Bu barədə məlumatı İsrailin ZMAN İnformasiya Portalı verib.

Şapira hesab edir ki, İsrail-Fələstin münaqişəsinin bütün çətinlikləri ilə yanaşı, tərəflər bu çətin müqəddaratlı problemləri müzakirə edirlər. "Tərəflər məxfi formatda konseptual məsələləri müzakirə edir və hazırkı problemləri mətbuata çıxarmaq istəmirlər, çünki bu, danışıqlarda uğurun əldə edilməsinə mane ola bilər"-deyə, Şapira bu gün telefonla bildirib.

İsrailli diplomatın  sözlərinə görə, Fələstindəki "Həmas" İslami Müqavimət hərəkatı radikal ekstremist mövqe tutaraq, şübhəsiz , danışıqlarda uğurun əldə olunmasında maraqlı deyil. Şapira hesab edir ki, "Həmas" uzunmüddətli həqiqi sülh istəyirsə ,qruplaşmanın rəhbərliyi tetrorçuluq fəaliyyətini, İsrailə raket zərbələrini  dayandırmalı və İsrail dövlətini tanımalıdır.

Fələstindəki " MƏAN" İnformasiya Agentliyinin direktoru Nasir Ləhham hesab edir ki, Mahmud Abbasla Olmertin Qüdsdə keçirilən danışıqlarının mövzusu Fələstin - İsrail sülh danışıqları deyil.

"İsrail və Fələstin dövlətinin arasında hal-hazırda sülhün olması mümkün deyil"- deyə, Ramallahdan çərşənbə axşamı telefonla Trend -a bildirib bildirib.

Onun fikrincə, İsrailin fələstinlilərlə sülh danışıqlarından daha aktual problemi var ; bu, İranın dəstəklədiyi "Hizbullah" təşkilatı ilə müharibə ehtimalıdır. "İsrail danışıqlar masasına oturmaqla, "Hizbullah"la müharibə başlayacağı təqdirdə, Fələstin tərəfindən hər hansı bir təcavüzün olmayacağından əmin olmaq istəyir"-deyə,o bildirib.

Politoloqun fikrincə, Fələstində yaxın 5 ildə sülhün olacağı bir o qədər də inandırıcı deyil.

"Fələstinlilərin problemi xalqın İsraillə danışıqlar məsələsində yekdil fikrə sahib olmamasıdır"-deyə, o qeyd edib. Ləhham hesab edir ki, "Həmas" nə qədər radikal hesab edilsə də, xalqın içində yetərincə tərəfdarı var və keçirilən danışıqlarda onların rəyi , qismən olsa da, nəzərə alınmalıdır. "Regionda sülhün və sabitliyin olması üçün "Həmas"la danışıqlar bərpa edilməlidir"-deyə, o qeyd edib.

Qəzzə İslam Universitetinin dekanı İsam Məhəmmədsə, hesab edir ki, İsrail nəinki fələstinlilərlə sülhün olmasını, hətta yer üzərində Fələstin adında dövlətin olmasını belə istəmir.

"Fələstinlilərlə sionist İsrail dövləti arasında sülhün olması mümkün deyil" - deyə, çərşənbə axşamı Mühəmməd Qəzzədən telefonla Trend -a bildirib.

O hesab edir ki,İsrail "sülh danışları"na getməklə, dünya ictimaiyyətini aldadır və "sülhsevər" olduğunu çatdırmaq istəyir. "Bundan əvvəlki danışıqlar kimi, bu danışıqların da heç bir nəticəsi olmayacaq. Mahmud Abbas isə, danışıqlara getməklə özünü Fələstinlilərin müdafiəçisi olduğunu göstərməyə çalışır. Təcrübə sübut edir ki, İsraillə danışıqları sionistlərin yeni yaşayış məntəqələrinin inşaşı ilə nəticələnir"-deyə, Məhəmməd vurğulayıb.

"Həmas"ın mətbuat katibi Sami Əbu-Zühri də hesab edir ki, Mahmud Abbasla Olmert arasında keçirilən danışıqlar heç bir nəticə verməyəcək. "Abbas - Olmert danışıqları Fələstin xalqının əleyhinə yeni cinayətlərdən xəbər verir"-deyə, Əbu-Zühri çərşənbə axşamı Qəzzədən telefonla Trend -a bildirib."İsrail işğal olunan Fələstin ərazilərini azad etməyincə və yəhudilər üçün tikilən yeni yaşayış məntəqələrinin inşası dayandırılmayınca, regionda sülhün bərqərar olması mümkün deyil"- deyə, o vurğulayıb. Əbu -Zührinin fikrincə,Abbas "sülhü" dəstəkləməklə, öz siyasi karyerasına xələl yetirir.

Məqalənin müəllifi ilə trend ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

Xəbər lenti

Xəbər lenti