...

ABŞ-ın Bakıdakı səfirliyi qarşısında piket keçirilib

Siyasət Materials 9 Aprel 2008 16:14 (UTC +04:00)
ABŞ-ın Bakıdakı səfirliyi qarşısında piket keçirilib

Azərbaycan, Bakı, 09 aprel / Trend , müxbir C.Babayeva/ "Müasir Müsavat" Partiyasının 25 nəfər tərəfdarı ABŞ-ın Azərbaycandakı səfirliyi qarşısında piket keçirib. Piketçilər martın 14- də keçirilmiş BMT-nin Baş Assambleyasında ABŞ-ın "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında" Qətnamənin əleyhnə səs verməsi ilə əlaqədar etiraz ediblər.

Aksiyanın əsas şüarı ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dayandırlmasıilə bağlı olub. Polis icazəsiz piketi dağdıb. Aksiya iştirakçıları ABŞ səfirliyi nümayəndələrinə müraciətnaməni təqdim ediblər.

Qətnamədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Qətnamənin qəbulu üçün 39 ölkə "lehinə", yeddi ölkə - Anqola, Ermənistan, Fransa, Rusiya, ABŞ, Hindistan və Banuatu "əleyhinə" səs verib, BMT- nin 100 üzvü, o cümlədən Avropa İttifaqı ölkələri səsvermədə bitərəf qalıb.

Rəsmi Bakı ATƏT- in Minsk Qrupunun həmsədr ölkələrinin yaxud həmsədr şəxslərin özlərinin dəyişdirilməsi barədə ATƏT- ə sorğu göndərib. Azərbaycan Qətnamənin əleyhinə səs vermiş Hindistana da etirazını bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988- ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb.1992-ci ildən etibarən Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti