...

Azərbaycan XİN-in rəhbəri rəsmi səfərlə Polşaya dəvət edilib

Siyasət Materials 16 Aprel 2008 19:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel/ Trend müxbir K.Ramazanova/ Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov rəsmi səfərlə Polşaya dəvət edilib. Nazirə dəvətnaməni çərşənbə günü Polşa XİN rəhbərinin müavini Ancey Kremer təqdim edib. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin məlumatında deyilir.

Kremerin sözlərinə görə, Azərbaycan Polşanın regiondakı strateji tərəfdaşıdır.

O həmçinin əməkdaşlığın genişləndirilməsinin, müxtəlif strukturlar arasında rəy mübadiləsinin aparılmasını, məsləhətləşmələrin davam etdirilməsinin zəruri olduğunu qeyd edib.

Kremerin sözlərinə görə, Polşa Azərbaycanı yalnız energetika vasitəçisi kimi nəzərdən keçirmir, o həmçinin ölkənin geosiyasi əhəmiyyətini Avropaya nümayiş etdirməyə hazırdır.

Görüşdə həmçinin GUAM-ın dostluq qrupunun genişləndirilməsi, təhlükəsizlik üzrə dialoqun yaradılması, qarşılıqlı sərmayələr məsələləri müzakirə edilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti