...

İraq hökuməti bir qrup azərbaycanlının viza almadan bu ölkəyə səfər etməsini araşdırır

Siyasət Materials 29 Aprel 2008 15:28 (UTC +04:00)
İraq hökuməti bir qrup azərbaycanlının viza almadan bu ölkəyə səfər etməsini araşdırır

Azərbaycan, Bakı, 29 aprel/ Trend , müxbir İ.Əlizadə/ İraqın Azərbaycandakı səfirliyi bir qrup azərbaycanlının səfirlikdən viza almadan bu ölkədəki müqəddəs yerlərə hansı yolla getmələrini araşdırır.

"Mən İraqa getmək istəyən Azərbaycan vətəndaşlarına viza verməmişəm", -deyə çərşənbə axşamı jurnalistlərə açıqlamasında İraqın Azərbaycandakı səfiri Ərşad Ömər İsmayıl bildirib.

100-150 nəfər Azərbaycan vətəndaşı İraqın Kərbəla, Nəcəf, Samirə şəhərlərində yerləşən islam dininin müqəddəs ziyarətgahlarını ziyarət ediblər.

Səfir bildirib ki, Azərbaycan vətəndaşlarının pasportlarında İraqın Bakıdakı səfirliyinin vizası olub. "Məsələnin araşdırılması üçün Azərbaycan Xarici İşlər Nazirliyinə və İraqın Daxili İşlər Nazirliyinə sorğu ilə müraciət etmişəm", -deyə diplomat əlavə edib.

Səfir bildirib ki, İraqa getmək istəyən hər bir xirici vətəndaşa ilk növbədə bu ölkənin Daxili İşlər Nazirliyi icazə verməlidir: "Çünki burada təhlükəsizlik məsələsi var. İraqdakı ziyarətgahlara tək getmək olmaz. Şirkətlər ziyarətçiləri İraq sərhədindən götürməli və ziyarət başa çatdıqdan sonra sərhədən yola salmalıdır".

İraqın İrandakı səfirliyinin Azərbaycan vətəndaşlarına viza verməsinə gəlincə, səfir deyib ki, bu mümkün deyil: "İraqın İrandakı səfirliyi yalnız İran vətəndaşlarına viza verə bilər, Azərbaycan vətəndaşlarına yox".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti