...

Almaniyanın Bavariya bölgəsi Azərbaycana enerji sahəsində əməkdaşlıq təklif edib

Siyasət Materials 2 May 2008 14:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 may / " , müxbir İ.Əlizadə/ Almaniyanın Bavariya bölgəsi Azərbaycana enerji sahəsində əməkdaşlıq təklif edib. "Azərbaycanın zəngin enerji ehtiyatları var və biz Azərbaycanla bu sahədə əməkdaşlıqda maraqlıyıq", - deyə cümə günü Azərbaycan-Almaniya Parlament İşçi qrupunun üzvləri ilə görüşündə Almaniyanın Bavariya bölgəsi parlamentinin dövlət büdcəsi və maliyyə məsələləri komissiyasının sədri Manfred Ax bildirib.

Axın rəhbərlik etdiyi Bavariya parlamentinin nümayəndə heyəti mayın 1-də Azərbaycana səfərə gəlib. Bavariyalı deputatlar Azəbaycan parlamentində, Xarici İşlər və İqtisadi İnkişaf nazirliklərində bir sıra görüşlər keçirəcəklər. Səfər mayın 5-də başa çatacaq.

Ax bildirib ki, bir neçə gündən sonra Bavariyadan Azərbaycana iqtisadi sahədə əməkdaşlıq məsələlərini müzakirə etmək məqsədi ilə nümayəndə heyəti gələcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti